12 aydan sonra ilk məğlubiyyət
İngiltərə Premyer Liqasının XIV turunda “Arsenal” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib.
Msport.az xəbər verir ki, qarşılaşma London təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Bu, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimin komandada ilk məğlubiyyəti olub.
Üstəlik, mütəxəssis 12 ayda ilk dəfə ölkə çempionatı matçında yenilgi ilə üzləşib. Daha əvvəl “Sportinq”in sükanı arxasında olan Amorim Portuqaliya Liqasında 34 qarşılaşmada (2023-cü ilin dekabrından) uduzmamışdı.