120 milyonluq futbolçu İngiltərə futbolunun sərt olduğunu deyir
“Çelsi”nin futbolçusu Enso Fernandes açıqlama verib.
Msport.az xəbər verir ki, qış transfer pəncərəsində “Benfika”dan “zadəganlar”a keçən futbolçu İngiltərə futbolunun çətin olduğunu deyib:
“Premyer Liqa həddindən artıq sərt turnirdi. Portuqaliyada topla daha çox oynayırdım, burada isə futbol fiziki güc və sürətdən ibarətdi. Hələlik tam uyğunlaşa bilməmişəm, bunun üçün zamana ehtiyacım var. Komanda yoldaşlarımla məşqçilərim bunun üçün mənə yardım edirlər”.
Qeyd edək ki, London təmsilçisi Enso üçün “Benfika”ya 120 milyon avro ödəyib. Argentinayla dünya çempionluğunu yaşayan futbolçu “Çelsi”də 11 oyun keçirib, 2 assist edib.
Royal Türksoy







