featured-image-53571

Türkiyənin “Qalatasaray” klubu qapıçısı Fernando Muslera ilə yollarını ayırmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə yerli “Sabah” qəzeti məlumat yayıb.

Uruqvaylı qolkiper mövsümün sonunda İstanbul təmsilçisini tərk edəcək.

“Sarı-qırmızılar” ötən mövsüm onunla 1+1 illik müqavilə imzalayıb. Lakin hazırkı ölkə çempionunun rəhbərliyi növbəti sözləşməni artırmayacaq.

Qeyd edək ki, 2011-ci ildə bu klubda çıxış edən Fernando Muslera 13 ildir “Qalatasaray”ın formasını geyinir.

Bənzər xəbərlər