13 oyundur uduzmurlar - Amma hər tur 25 min avro cərimə ödəyirlər
Fransanın “Nitsa” klubu bütün turnirlərdə 13 oyundur ki, məğlub olmur. Msport.az xəbər verir ki, komanda yanvarın 11-dən bu yana – Didye Diaqara baş məşqçi postuna keçəndən uduzmur.
Amma maraqlıdır ki, “Nitsa” Diaqaraya görə, hər oyun 25 min avro məbləğində cərimə ödəyir. Buna səbəb 36 yaşlı mütəxəssisin Pro kateqoriyasının olmamasıdır.
“Nitsa” 28 turdan sonra Liqa-1-də 7-ci yeri tutur. Komanda UEFA Konfrans Liqasının 1\4 finalında “Bazel”lə üz-üzə gələcək.
ANAR ABDULLAYEV







