featured-image-51152

“Filadelfiya Yunion” klubunun yarımmüdafiəçisi Kavan Sallivan MLS tarixinə düşüb.

Msport.az xəbər verir ki, o, “Nyu İnqlend Revolution”a qarşı oyunda bunu reallaşdırıb.

Qarşılaşmanın 85-ci dəqiqəsində meydana çıxan oyunçu 14 yaş 293 günlüyündə rəsmi debüt edib. Sallivan bununla həm MLS tarixində, həm də komanda idman növlərində Şimali Amerikada ən gənc futbolçu olub.

Bu rekord daha əvvəl 2004-cü ildə 14 yaş 306 gün olarkən “Di Si Yunayted”in heyətində meydana çıxan Freddi Aduya məxsus idi.

Bənzər xəbərlər