featured-image-42758

Fitness üzrə məşqçi Oskar Orteqa mövsümün sonunda “Atletiko”nu tərk edəcək.

Msport.az xəbər verir ki, uruqvaylı bu barədə 15 il çalışdığı klubun mətbuat xidmətinə müsahibəsində danışıb:

“Bu, uzun müddət düşündüyüm, ailəmlə məsləhətləşdiyim və Dieqo Simeone ilə müzakirə etdiyim qərardı. Bilirəm ki, böyük iş görmüşük və klubu rəqabət baxımından, həm də peşəkar və inkişaf perspektivindən konsolidasiya etmişik. Bu, çox gözəl səhnədi, lakin indi onu bitirmək üçün yaxşı vaxtdı”.

Qeyd edək ki, uruqvaylı məşqçi 2001-2002, 2004-2005 mövsümlərində və 2011-ci ildən bu günə kimi “Atletiko”da çalışıb.

Bənzər xəbərlər