featured-image-85378

Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz” üzərində qələbə qazanıb – 2:1.

Msport .az  xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb:

– Güman etdiyimiz kimi çətin oyun oldu. “Kəpəz”ə qarşı görüşlərimiz həmişə çətin olur. Rəqibin yaxşı yarımmüdafiə və hücum xətti var. Sevinirik ki, uşaqlar xarakter göstərdilər. Vacib qələbə qazandıq.

– “Kəpəz”in qazandığı penalti epizoduna baxmısız?

– Xeyr, baxmamışam. Baxmadığım üçün nəsə deməyim çətindir.

– Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onsuz çətinlik çəkməyəcəksiniz?

– Kimin necə hazır olacağına baxacağıq.

– Rəqibin baş məşqçisi bildirdi ki, ən azı 1 xala layiq idilər. Siz necə düşünürsüz?

– Bu, onun fikridir.

Bənzər xəbərlər