15 ildən sonra doğma komandanı tərk edir - RƏSMİ
Taras Stepanenko “Şaxtyor” klubunu tərk edib. Msport.az xəbər verir ki, bu barədə Donetsk klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu 2010-ci ilin mayında Ukrayna təmsilçisində debüt edib. O, “Şaxtyor”un heyətində 439 oyun keçirib və 30 qol vurub.
Stepanenko bu komandada 25 titul qazanıb.
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyənin “Eyüpspor” klubuna keçir.