featured-image-64515

Lamin Yamal “Barselona”da 100-cü oyununa çıxıb.

Msport.az xəbər verir ki, 17 yaşlı vingerin yubiley matçı Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” qarşısında reallaşıb.

İspaniyada baş tutan ilk duel 3:3 hesabı ilə yekunlaşıb. İspaniya millisinin üzvü yubiley qarşılaşmasında 1 qola imza atıb.

Qeyd edək ki, Lamin Yamal “Barselona”nın heyətində 2023-cü ilin aprelində debüt edib.

Bənzər xəbərlər