featured-image-16757

Futbol üzrə Türkiyə millisinin Şotlandiya və Çexiyaya qarşı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Stefan Kunts 29 oyunçuya dəvət göndərib.

Siyahıda “Fənərbaxça”da çıxış edən 17 yaşlı yarımmüdafiəçi Arda Gülər də var. Onunla yanaşı, Emirhan İlkhan, Samet Akaydın və Tayyip Talha Sanuç da ilk dəfə milli komandaya dəvət olunub.

Qapıçılar: Altay Bayındır (“Fənərbaxça”), Doğan Alemdar (“Renn”, Fransa), Uğurcan Çakır (“Trabzonspor”);

Müdafiəçilər: Onur Bulut (“Kayserispor”), Zeki Çelik (“Roma”, İtaliya), Cenk Özkaçar (“Valensiya”, İspaniya), Çağlar Söyüncü (“Lester Siti”, İngiltərə), Merih Demiral (“Atalanta”, İtaliya), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Samet Akaydın (“Adana Dəmirspor”), Tayyip Sanuç (“Beşiktaş”), Eren Elmalı (“Trabzonspor”), Ferdi Kadıoğlu (“Fənərbaxça”);

Yarımmüdafiəçilər və hücumçular: Cengiz Ünder (“Olimpik”, (Marsel, Fransa), Emre Mor, İsmail Yüksek, İrfan Can Kahveci, Arda Güler (hamısı “Fənərbaxça”), Berkay Özcan, Deniz Türüç (“Başakşəhər”), Emirhan İlkhan (“Torino”, İtaliya), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Salih Özcan (“Borussiya”, Dortmund, Almaniya), Orkun Kökçü (“Feyenoord”, Niderland), Doğukan Sinik (“Hall Siti”, İngiltərə), Kerem Aktürkoğlu (“Qalatasaray”), Cenk Tosun (“Beşiktaş), Enes Ünal (“Xetafe”), Umut Bozok (“Trabzonspor”).

Xatırladaq ki, Türkiyə millisi noyabrın 16-da Şotlandiya ilə, noyabrın 19-da isə Çexiya yığması ilə üz-üzə gələcək.

Bənzər xəbərlər