18 yaşında “Real”da debüt etdi, Ançelottidən tərif eşitdi
İspaniya La Liqasında “Osasuna” ilə oyunda “Real”ın heyətində debüt edən Alvaro Rodriqes komandasının 2:0 hesabı ilə qalib gəldiyi görüşdə məhsualdar ötürmə verib.
Msport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti 18 yaşlı futbolçu haqqında müsbət fikirlər səsləndirib.
Asensioya ötürmədən əvvəl Rodriqes Vinisius Juniora da asistlə yadda qalsa da, həmin qol qeydə alınmayıb:
“Alvaro Rodriqes yaxşı keyfiyyətləri çox olan oyunçudur. O hündürdür, topa əla nəzarət edir, hava mübarizələrində mükəmməldir. O bizə çox kömək edə bilər, bu gün olduğu kimi. Bu cür gənc yaşında “Real”ın əsas komandasına düşmək asan məsələ deyil. Bu gün o, 10 dəqiqəyə vəziyyəti dəyişdi.
Onu A komandasına keçirək? Biz bu barədə Raulla (“Real Kastilya”nın baş məşqçisi – red.) danışmalıyıq. O, gələcəkdə bizə çox lazım ola bilər”.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm “Real Kastilya”nın heyətində 15 oyunda 5 qol vurub.
ANAR ABDULLAYEV







