featured-image-38378

İspaniyanın “Kordova” klubunun 18 yaşlı futbolçusu Alvaro Prietodan 3 gündür ki, heç bir xəbər yoxdur. Msport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, III liqada çıxış edən komandanın üzvünü sonuncu dəfə Santa-Xustadakı vağzalda görüblər. O, qatara minib Kordovaya getməyi planlaşdırırmış.

Bundan sonra futbolçu ilə bütün əlaqələr kəsilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıblar. Lakin gənc oyunçu heç bir təhlükəsizlik kameralrında qeydə alınmadığından izə düşmək çətinləşir.

Sonuncu dəfə Prietonu vağzalın işçiləri görüb.

Futbolçunun anası güman edir ki, oğlunu girov götürə bilərlər.

 

Bənzər xəbərlər