featured-image-40422

Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Runi Bardaqji karyerasını top klublardan birində davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, “Barselona”, “Bayer 04”, “Yuventus” və “Çelsi” 18 yaşlı vingerlə maraqlanır.

Qeyd edək ki, isveçli oyunçu cari mövsüm 28 oyuna çıxıb və 11 qol vurub. Onun hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatmalıdır.

Bənzər xəbərlər