19 ildən sonra ən pis göstərici
PSJ Çempionlar Liqasının qrup mərhələsinin V turunda evdə İngiltərənin “Nyukasl” klubu ilə heç-heçə edib – 1:1.
Msport.az xəbər verir ki, hazırda Fransa təmsilçisinin 7 xalı var. Bu, onların 2004/2005 mövsümündən bəri ən pis göstəricisidir.
Həmin vaxt Paris klubu beş oyunda beş xal toplaya bilmişdi.