featured-image-44242

Norveçin “Hamarkameratene” klubunun futbolçusu Arkanj Mondu dünyasını dəyişib.

Msport.az xəbər verir ki, II Liqa təmsilçisinin 19 yaşlı oyunçusunun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Kot-d’İvuardan olan oyunçunun ölüm səbəbi hələlik müəyyənləşməyib.

A.Mondu cari mövsümdə 3 oyun keçirib və 1 qolla yadda qalıb.

Bənzər xəbərlər