featured-image-26460

Belçika millisi 1954-cü ildən sonra ilk dəfə Almaniya yığması üzərində qələbə qazanıb. Msport.az xəbər verir ki, Kölndə keçirilən yoldaşlıq oyununda belçikalılar 3:2 hesabı ilə qalib gəliblər.

Bu yeni baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında baş verib. Almaniya ilə matç Tedeskonun ikinci oyunu olub.

Qeyd edək ki, Belçia Avro-2024-ün seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparır. Onlar ilk görüşdə səfərdə İsveçi məğlub ediblər – 3:0.

ANAR 

Bənzər xəbərlər