featured-image-20693

İtaliyanın “Salernitana” klubu baş məşqçi Davide Nikolanı istefaya göndərib.

Msport.az komandanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “Salernitana”nın İtaliya A seriyasının 18-ci turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyəti olub.

18 xal toplayan “Salernitana” turnir cədvəlində 16-cı yeri tutur. Komanda oktyabrdan bu yana qələbə qazanmayıb. O vaxtdan 6 oyuna çıxan komanda dörd görüşdə məğlub olub, ikisində isə heç-heçə edib.

Bənzər xəbərlər