featured-image-23790

Avropa Konfrans Liqasında pley-off mərhələsi çərçivəsində keçirilmiş cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Msport.az xəbər verir ki, Belçikanın “Anderlext” klubunun qapıçısı Bart Verbruggen bu həftənin ən yaxşı oyunçusu seçilib.

Niderlanddan olan 20 yaşlı qolkiper Bolqarıstan “Ludoqorets”ini mübarizədən kənarlaşdırdıqları oyunda qurtarışları ilə yanaşı, penaltilər seriyasında da 3 zərbəni dəf edib.

Həftənin ən yaxşı oyunçusu adına Cakomo Bonaventura (“Fiorentina”, İtaliya), Mikael İshak (“Lex”, Polşa) və Məhəmməd Diop (“Şerif”, Moldova) da namizəd idi.

Bənzər xəbərlər