featured-image-42249

İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Salamanka” ilə keçirilən oyun “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, səfərdə baş tutan görüş onun Kataloniya klubunun heyətində 200-cü qarşılaşması olub.

Buna qədər Niderland millisinin üzvü La Liqa təmsilçisi ilə 122 qələbə sevinci yaşayıb, 35 dəfə heç-heçəyə, 42 qarşılaşmada isə məğlubiyyətə şahidlik edib. Bu, onun 200-cü görüşdə 123-cü qalibiyyəti olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Barselona” 1/4 finala yüksəlib.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”nın formasını geyinir.

Bənzər xəbərlər