featured-image-41445

Məşhur “FourFourTwo” nəşri 2000-ci illərin ən bahalı transferlərini açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının futbolçusu Kriştianu Ronaldu başçılıq edir. 38 yaşlı hücumçu 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” klubundan 94 milyon avro qarşılığında İspaniya “Real Madrid”inə keçib.

İkinci pillədə Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan qərarlaşıb. “Real Madrid” 2001-ci ildə əfsanəvi futbolçunu transfer etmək üçün İtaliya “Yuventus”na 77 milyon avro təzminat ödəyib.

İsveç yığmasının keçmiş hücumçusu Zlatan İbrahimoviç isə üçüncü sırada yer alıb. İspaniya “Barselona”sı İbrahimoviçi 2009-cu ildə İtaliya “İnter”indən 69,5 milyon avroya heyətinə qatıb.

2000-ci illərin ən bahalı transferləri

1.Kriştianu Ronaldu (“Mançester Yunayted”dən “Real Madrid”ə – 94 milyon avro)

2.Zinəddin Zidan (“Yuventus”dan “Real Madrid”ə – 77,5 milyon avro)

3.Zlatan İbrahimoviç (“İnter”dən Barselona”ya – 69,5 milyon avro)

4.Kaka (“Milan”dan “Real Madrid”ə – 67 milyon avro)

5.Luiş Fiqu (“Barselona”dan “Real Madrid”ə – 60 milyon avro)

6.Fernando Torres (“Liverpul”dan “Çelsi”yə – 58,5 milyon avro)

7.Ernan Krespo (“Parma”dan “Latsio”ya 56, 81 – milyon avro)

8.Canluici Buffon (“Parma”dan “Yuventus”a – 51,88 milyon avro)

9.Qaiska Mendyeta (“Valensiya”dan “Latsio”ya – 48 milyon avro)

10.Rio Ferdinand (“Lids Yunayted”dən “Mançester Yunayted”ə – 46 milyon avro)

Bənzər xəbərlər