featured-image-44638

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri 2000-ci illərin ən yaxşı məşqçisini müəyyənləşdirib. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Marçelo Lippi bütün rəqiblərini qabaqlayıb. Həmin dövrün ən yaxşı məşqçiləri siyahısına daha 15 futbol adamı düşüb.

İlk “üçlük”də “Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyo və “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqüson da var.

“FourFourTwo” nəşrinin versiyasına görə 2000-ci illərin ən yaxşı məşqçiləri:

  1. Marçello Lippi (“Yuventus”, İtaliya millisi)
  2. Joze Mourinyo (“Portu”, “Çelsi”, “İnter”)
  3. Aleks Ferqüson (“Mançester Yunayted”)
  4. Covanni Trapattoni (İtaliya millisi, “Benfika”)
  5. Karlo Ançelotti (“Milan”)
  6. Ottmar Hitsfeld (“Bayern”
  7. Lui van Qal (Niderland millisi, “Barselona”, “Alkmaar”)
  8. Arsen Venger (“Arsenal”)
  9. Fabio Kapello (“Roma”, “Yuventus”, “Real”, İngiltərə millisi)
  10. Qus Hiddink (PSV, Rusiya millisi)

Marçello Lippi 2000-ci illərdə İtaliya yığmasında və “Yuventus”da işləyib.  Milli komanda onun rəhbərliyi altında DÇ-2006-nın qalibi olub. Həmin dönəmdə Lippi Turin klubu ilə də 4 titul qazanıb.

Bənzər xəbərlər