featured-image-19900

2022-ci ildə ən çox qol vuran müdafiəçilərin siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasına görə, ingiltərəli Ceyms Tavernier yenə bir təqvim ilində qol sayında həmkarlarını qabaqlayıb.

2020-ci ildə 17 qola imza atan sağ cinah oyunçusu bu dəfə 22 dəfə fərqlənib. 31 yaşlı futbolçu “Reyncers”in heyətində Şotlandiya çempionatında 11, kubokunda 2, avrokuboklarda isə 9 topla yadda qalıb. Onu 17 qolla Estoniyanın “Trans” klubunun ukraynalı müdafiəçisi Denis Dadeçko izləyib. Kosovolu Besnik Krasniqi 15 topla ilk “üçlüy”ü qapayıb.

1. Ceyms Tavernier (İngiltərə) – 22 qol
2. Denis Dedeçko (Ukrayna) – 17
3. Besnik Krasniqi (Kosovo) – 15
4. Aleyks Sistero (İspaniya) – 14
5. Andres Kadavid (Kolumbiya) – 13
6. Luan Kandido (Braziliya) – 13
7. Karlos Ramires (Kolumbiya) – 13
8. Qustavo Qomes (Braziliya) – 11
9. Slobodan Uroşeviç (Serbiya) – 10

Bənzər xəbərlər