featured-image-19929

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən çox qol vuran və ən yaxşı qapıçısını açıqlayıb.

Msport.az İFFHS-ın rəsmi saytına istinadən xəbər verir ki, Argentinanın “Rosario Sentral” klubunda çıxış edən Qaspar Servio geridə qoyduğumuz ildə 4 qola imza atıb.

31 yaşlı qolkiper bunlardan 3-nü çempionatda, 1-ni isə ölkə kubokunda vurub.

İFFHS-ın versiyasına əsasən, Belçika millisinin və İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua isə 125 xalla ilin ən yaxşısı adına layiq görülüb.

Ötən ilin ən yaxşı 10 qapıçısı bunlardır:

1. Tibo Kurtua (Belçika, “Real”) – 125
2. Emiliano Martines (Argentina, “Aston Villa”) – 110
3. Yassin Bunu (Mərakeş, “Sevilya”) – 55
4. Dominik Livakoviç (Xorvatiya, “Dinamo”, Zaqreb) – 30
5. Huqo Lyoris (Fransa, “Tottenhem”) – 25
6. Voyçex Şensnı (Polşa, “Yuventus”) – 15
7. Yan Oblak (Sloveniya, “Atletiko”, Madrid) – 10
8. Alisson Bekker (Braziliya, “Liverpul”) – 10
9. Cordan Pikford (İngiltərə, “Everton”) – 5
10. Mayk Menyan (Fransa, “Milan”) – 5

Bənzər xəbərlər