featured-image-20394

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin gənc futbolçulardan ibarət simvolik komandasını açıqlayıb.

Msport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşadək oyunçuların il ərzindəki çıxışlarına əsasən, 3-4-3 sisteminə uyğun rəmzi komanda qurulub.

Heyətdə ən çox futbolçusu yer alan komanda İspaniya “Barselona”sıdır.

Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);

Müdafiəçilər: Pyero İnkape (Ekvador, “Bayer”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);

Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cüd Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);

Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).

Bənzər xəbərlər