featured-image-20217

2022-ci ilin ən yaxşı hakimləri məlum olub.

Msport.az xəbər verir ki, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Polşalı referi Şimon Marçinyak ötən il dünyanın ən yaxşı ədalət təmsilçisi olub. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato ikinci yeri tutubsa, fransalı Kleman Turpen ilk üçlüyü qapayıb.

Xatırladaq ki, Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.

1. Şimon Marçinyak (Polşa) – 150
2. Daniele Orsato (İtaliya) – 65
3. Kleman Turpen (Fransa) – 40
4. Maykl Oliver (İngiltərə) – 35
5. Viktor Qomes (CAR) – 25
6. Slavko Vinçiç (Sloveniya) – 20
7. Denni Makkeli (Niderland) – 15
8. Entoni Teylor (İngiltərə) – 15
9. Patrisio Lustau (Argentina) – 10
10. Sezar Ramos (Meksika) – 10

Bənzər xəbərlər