featured-image-20280

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin simvolik komandasını açıqlayıb.

Msport.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi komanda 4-3-3 sisteminə uyğun tərtib olunub.

Rəmzi komandada ən çox futbolçu ilə PSJ (Fransa) və “Real” (İspaniya) klubları təmsil olunub. Ölkə olaraq isə Belçika, Xorvatiya və Fransa hərəyə 2 futbolçu ilə diqqət çəkir.

Qapıçı: Tibo Kurtua (Belçika/“Real”);

Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş/PSJ), Yoşko Qvardiol (Xorvatiya/“Leypsiq”), Vircil Van Deyk (Niderland/“Liverpul”), Alfonso Deyvis (Kanada/“Bayern”);

Yarımmüdafiəçi: Luka Modriç (Xorvatiya/“Real”), Kevin De Bruyne (Belçika/“Mançester Siti”), Lionel Messi (Argentina/PSJ);

Hücumçular: Erlinq Haland (Norveç/“Mançester Siti”), Kərim Benzema (Fransa/“Real”), Kilian Mbappe (Fransa/PSJ).

Bənzər xəbərlər