featured-image-41596

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin siyahısını dərc edib.

Msport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyanın “Reyncers” komandasından Ceyms Tavernye birinci pillə qərarlaşıb.

32 yaşlı oyunçu ötən il 26 dəfə rəqib qapılarına yol tapıb. Onlardan 14-ü penaltidən olub.

Kuk adalarının “Vellinqton Olimpik” klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiyanın “Sparta” kollektivindən Ladislav Kreyçiy 20 qolla (9 penalti) üçüncü olub.

Bənzər xəbərlər