featured-image-41561

2023-cü ilin ən yaxşı müdafiəçiləri açıqlanıb.

Msport.az xəbər verir ki, “S90” nəşrinin versiyasına əsasən, birinci sırada İngiltərənin “Arsenal” klubunun və Fransa millisinin futbolçusu Uilyam Saliba qərarlaşıb.

“Mançester Siti”dən Kayl Uolker ikinci, onun komanda yoldaşı Ruben Diaş üçüncü olub.

“Liverpul”dan Vircil Van Deyk dördüncü, İtaliyanın “İnter” klubundan Federiko Dimarko beşinci, Almaniya çempionu “Bavariya”dan Kim Min Ce altıncı, Fransa təmsilçisi PSJ-dən Əşrəf Hakimi yeddinci pillədədir.

“10-luğ”u “Liverpul”dan Trent Aleksander-Arnold, “Bavariya”dan Alfonso Deyvis, İspaniyanın “Barselona” komandasından Ronald Arauxo tamamlayır

Bənzər xəbərlər