2023-cü ilin ən yaxşı futbolçusu
İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holann Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, 2023-cü ilin ən yaxşı oyunçusu olub.
Msport.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı forvard 208 xalla bütün rəqiblərini qabaqlayıb.
Fransa millisinin və PSJ-nin üzvü Kilian Mbappe 105 xalla ikinci, mövsümün əvvəlində PSJ-dən ABŞ-nin “İnter Mayami” klubuna keçən argentinalı Lionel Messi (85) üçüncü olub.
Qeyd edək ki, Holann cari ildə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.







