2024-cü ildə “Real” və “Barselona”ya qalib gələn ilk komanda
İspaniya La Liqasında XIX turun oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Atletik” doğma meydanda “Real”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Bask klubu 2024-cü ildə həm “Real”ı, həm də “Barselona”nı məğlub edən ilk komandadır.
Qeyd edək ki, “Atletik” bu il İspaniya Kubokunun 1/4 finalında “Barselona”ya qalib gəlmişdi – 4:2. Komanda turnirin sonunda ölkə kubokuna da sahib çıxıb.