2024-cü ilin ən yaxşı bombardiri
2024-cü ildə milli çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçular bəlli olub.
Msport.az xəbər verir ki, İFFHS ən azı 22 qol vuranların siyahısını açıqlayıb.
Cədvələ Viktor Qyokereş başçılıq edir. İsveçli hücumçu “Sportinq”in heyətində 36 qol vurub.
Uruqvaylı Martin Kauteruççio “Sportinq Kristal”la Peruda 35 qola imza atıb. Çinli Vu Ley isə “Şanxay Port”da 34 dəfə fərqlənib.
Harri Keyn 29 qolla 5-ci, Erlinq Haland 27 qolla 8-ci, eyni sayda fərqlənən Robert Levandovski 9-cu olub. 25 qol vuran Kriştiano Ronaldo 17-cidirsə, Lionel Messi siyahıya düşməyib.
Qeyd edək ki, Azərbaycan çempionatında 2024-cü ilin ən yaxşı bombardirləri Leandro Andrade, Nəriman Axundzadə və Toral Bayramov hərəyə 12 dəfə fərqləniblər.