featured-image-64107

“Real” 2024-cü ilin ən yaxşı komandası seçilib.

Msport.az xəbər verir ki, bu, “Laureus” versiyasında elan olunub.

Madrid klubu ötənilki uğurlarına görə “Laureus World Sports Academy” tərəfindən mükafata layiq görülüb.

Bu nominasiyada digər namizədlər arasında “Barselona”nın qadın komandası, İspaniya millisi, “Boston” basketbol klubu, basketbol üzrə ABŞ millisi və “Formula 1”də çıxış edən “McLaren” komandası da var idi.

2024-cü ildə “Real” həm İspaniya çempionu olub, həm Çempionlar Liqasını, həm də Klublararası Dünya Çempionatını qazanıb.

Bənzər xəbərlər