featured-image-63908

“Barselona” 2025-ci ildə ilk məğlibiyyətini alıb.

Msport.az xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 final mərhələsinə təsadüf edib.

İspaniya təmsilçisi cavab görüşündə Dortmund “Borussiya”sına uduzub. Dortmunddakı matç almanların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla “Barselona” 2025-ci ildə 24 oyundan sonra ilk məğlubiyyət acısını yaşayıb. Hans-Diter Flikin yetirmələri bu müddətdə 20 görüşdə qələbə qazanıb, 4 dəfə isə heç-heçə edib.

Qeyd edək ki, ilk oyunda 4:0 hesablı qələbə qazanan “Barselona” yarımfinala adlayıb. Komandanın bu mərhələdəki rəqibi 1/4 finalın “İnter” – “Bavariya” (2:1) cütünün qalibi olacaq.

Bənzər xəbərlər