featured-image-61070

2025-ci ilin ilk ayında bütün turnirlərdə ən çox qol vuran futbolçular müəyyənləşib.

Msport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 6 və daha çox qol vuran 26 oyunçu siyahıya düşüb.

Hazırda dünyanın ən məhsuldar futbolçusu “Əl Hilal”ın hücumçusu Markos Leonardodur. Braziliyalı forvard 10 qola imza atıb. Onu 8 qolla altı oyunçu izləyir.

İlk “10-luq” belədir:

  1. Markos Leonardo (Braziliya / “Əl Hilal”) – 10
  2. Lautaro Martínes (Argentina / “İnter”) – 8
  3. Usman Dembele (Fransa / PSJ) – 8
  4. Kilian Mbappe (Fransa / “Real”) – 8
  5. Yussef En-Nesiri (Mərakeş / “Fənərbaxça”) – 8
  6. Mohanad Ali (İraq / “Al Şorta”) – 8
  7. Samuel Boatenq (Qana / “Rahmatqonj”) – 8
  8. Rodriqo (Braziliya / “Real”) – 7
  9. Emam Aşur (Misir / “Əl Əhli”) – 7
  10. Viktor Qyökereş (İsveç / “Sportinq”) – 7

Bənzər xəbərlər