2025-ci ilin tamaşaçı rekordu yeniləndi
İngiltərə klubları “Mançester Yunayted” və “Vest Hem” arasında keçirilən oyunda 2025-ci ilin tamaşaçı sayı üzrə rekord yenilənib.
Msport.az xəbər verir ki, İst-Raterfordda keçirilən dostluq matçı 82 566 tamaşaçı toplayıb.
Bu göstərici hətta 81 118 nəfərin iştirak etdiyi PSJ və “Çelsi” arasında keçirilən Klublararası Dünya Çempionatının finalını belə üstələyib. Görüşə marağın artmasının səbəblərindən biri biletlərin daha əlçatan olmasıdır – qiymətlər 77 dollardan başlayıb.
Klublararası Dünya Çempionatının finalına stadiondan baxmaq istəyənlər minimum 200 dollar ödəməli idi.
Qeyd edək ki, sözügedən qarşılaşma “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatı. Bruno Fernandeşin dubluna Carred Bouen 1 qolla cavab verib.