featured-image-21018

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 21-ci əsrdə milli çempionatlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Msport.az qurumun saytına istinadən xəbər verir ki, bombardirlərin siyahısına portuqaliyalı Kristiano Ronaldo başçılıq edir.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu 21-ci əsrdə ölkə çempionatlarında ümumilikdə 498 dəfə fərqlənib.

Onu argentinalı Lionel Messi izləyir. Fransanın PSJ klubunun üzvü həmkarından 11 top geri qalır.

İlk “10-luq” belədir:

1. Kristiano Ronaldo (Portuqaliya) – 498
2. Lionel Messi (Argentina) – 487
3. Zlatan İbrahimoviç (İsveç) – 392
4. Luis Suares (Uruqvay) – 364
5. Robert Levandovski (Polşa) – 357
6. Nikolas Munyoz (Panama) – 328
7. Aleksandar Dyuriç (Sinqapur) – 304
8. Joze Alfredo Kastilyo (Boliviya) – 289
9. Ali Aşfaq (Maldiv adaları) – 288
10. Martin Kamburov (Bolqarıstan) – 287

Bənzər xəbərlər