featured-image-45542

Boliviyanın “Real Santa-Kruz” klubunun kolumbiyalı hücumçusu Gilyermo Denis Beltran komandanın məşqi zamanı vəfat edib.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, Beltran komandanın səhər məşqində huşunu itirərək yerə yıxılıb. Onu xəstəxanaya aparsalar da, həkimlər futbolçununun həyatını xilas edə bilməyiblər.

Forvard ürək çatışmazlığından 24 yaşında vəfat edib.

Karyerası ərzində 24 oyun keçirən Beltran bir qol vurub və 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər