featured-image-24183

“Çelsi” “Brayton”un baş məşqçisi Roberto De Dzerbi ilə maraqlanır. Msport.az xəbər verir ki, London klubu Qrem Potterin yerinə italiyalı mütəxəssisi gətirmək istəyir.

Ancaq iş orasındadır ki, De Dzerbiyə maraq göstərən klublar çoxdur. “Çelsi”dən başqa, “Milan” və “Tottenhem”də “Brayton”un baş məçqçisini diqqətdə saxlayır.

“Brayton” hazırda 35 xalla Premyer Liqada 8-ci yeri tutur.

“Çelsi” rəhbərliyi Potterə dəstəklərini ifadə etsələr də, komandanın uğursuz çıxışı onların fikirini dəyişə bilər. “Zadəganlar” son 7 oyunda yalnız 1 qələbə qazanıblar və turnir cədvəlində 10-cu yeri tuturlar.

Qeyd edək ki, Potter “Çelsi”yə 2022-ci ilin sentyabrında “Brayton”dan gəlmişdi.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər