featured-image-26208

İspaniya milli komandası AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda Norveçi məğlub edib – 3:0.

Msport.az xəbər verir ki, bu qarşılaşma ispanların futbolçusu Xoselu üçün əlamətdar olub.

32 yaşlı hücumçu yığmanın keçmiş üzvü Fernando Moryentesdən sonra (1998-ci il) millidə debüt oyununda iki qol vuran ilk futbolçu olub.

Xoselu cari mövsümdə İspaniya La Liqasında “Espanyol”un heyətində 23 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər