featured-image-40147

Son 25 ildə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu ukraynalı hakimlər briqadası idarə edəcək.

Msport.az “Football.ua” nəşrinə istinadən xəbər verir ki, Nikolay Balakin 1998-ci ildən sonra bu təyinatı alan ilk referidir.

O, noyabrın 29-da keçiriləcək qrup mərhələsinin V turunun “Real Sosyedad” (İspaniya) – “Zaltsburq” (Avstriya) matçında iş başında olacaq. Balakinə Aleksandr Berkut və Dmitri Zaporojenko kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yaroslav Kazik yerinə yetirəcək.

Qeyd edək ki. son olaraq 1998-ci ildə ukraynalı beynəlxalq hakim Vasil Melniçuk “Atletik” (İspaniya) – “Rusenborq” (Norveç) görüşünü idarə edib

Bənzər xəbərlər