featured-image-26568

Olivye Jiru “Milan”la müqaviləsinin uzadılması ilə bağlı razılığa gəlib. Msport.az “Sky Sport”a istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun anlaması  2024-cü ilin iyununa kimi nəzərdə tutulub. Fransalı hücumçu mövsümə 3,8 milyon avro və bonuslar alacaq.

Jirunun hazırkı müqaviləsi 2023-cü ilin iyununa kimi idi.

O, bu mövsüm İtaliya A seriyasında 24 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər