featured-image-26612

“Napoli”nin vingeri Xviça Kvaratsxeliya İtaliya A seriyasında mart ayının ən yaxşı futbolçusu sayılıb. Msport.az xəbər verir ki, 22 yaşlı oyunçuya mükafat bazar günü keçiriləcək “Napoli” – “Milan” matçından əvvəl təqdim olunacaq.

Gürcüstan millisinin üzvü səsvermədə Kim Min Ce (Napoli), Armana Loryente (Sassuolo), Adrian Rabyo (Yuventus) və Destini Udoqieni (Udineze) qabaqlayıb.

Kvaratsxeliya mövsüm ərzində 3 dəfə A seriyasında ayın futbolçusu seçilən ilk oyunçu olub.

Yarımmüdafiəçi martda 3 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

ANAR 

Bənzər xəbərlər