Ulduz futbolçuya 6 aylıq həbs cəzası verildi
Vissam Ben Yedder İspaniyada vergi fırıldaqçılığına görə cəzalandırılıb.
Msport.az AS nəşrinə istinadən xəbər verir ki, Ben Yedder 2016-2019-cu illərdə “Sevilya”da çıxış etdiyi zaman gəlirinin bir hissəsini bəyan etməyib. O, 2017-ci ildə “Adidas”la əməkdaşlıq qarşılığında əldə etdiyi 80 min avronu bəyan etməyib. Futbolçu həmçinin 2019-cu ildə də bir sıra bəyan etmədiyi gəlirlərinin olduğu üzə çıxıb.
Sevilya məhkəməsi Ben Yedderə 6 ay həbs və təxminən 134 min avro cərimə kəsib. Hazırda “Monako”da çıxış edən futbolçuya cinayəti təkrarlamayacağı halda iki illik möhlət verib.
Royal Türksoy







