featured-image-29932

Marsel Zabitser zədə səbəbindən “Mançester Yunayted”də çıxış etməyə bilər. Msport.az xəbər verir ki, “Bayern Münhen”dən icarəyə götürülən futbolçu mayın 13-də “Vulverhempton”la oyunu (2:0) dizindəki ağrılara görə buraxıb.

Avstriyalı yarımmüdafiəçi mayın 7-də “Vest Hem”lə matçda (0:1) meydana daxil olduqdan sonra özünü pis hiss etmişdi.

Bu gün klub Zabitserin mövsümün sonuna kimi oynamayacağını açıqlayıb.

O, bu mövsüm İngiltərə Premyer Liqasında 11 görüşdə bir məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər