featured-image-25266

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib ki, Culiya Roberts onun kumiridir.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, məşhur aktrisanın 2016-cı ildə “Mançester Yunayted”in stadionuna getməsi onu məyus edib:

“Həyatda 3 kumirim var – Maykl Cordan, Tayqer Vuds və Culiya Roberts.

Bir neçə il əvvəl Culiya Mançesterə gəlmişdi. Bu, ser Aleksin ardıcıl titullar qazandığı 90-cı illər deyildi. O, gələndə biz daha güclü idik. Lakin buna baxmayaraq, Roberts yenə “Yunayted”in stadionuna getdi. O, heç biz tərəfə baxmadı da. Mən hətta 3 dəfə ardıcıl Çempionlar Liqasını qazansam, yenə bəxtsiz olacam. Çünki Culiya Mançesterə gəlib, “Old Trafford”a gedir, bizim yanımıza yox”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər