3 illik elita həsrəti bitdi
“Levante” İspaniya La Liqasına qayıdıb.
Msport.az xəbər verir ki, komanda Sequndanın 41-ci turunda səfərdə “Burqos”u 3:2 hesabı ilə məğlub edib.
“Levante” 76 xal toplayıb və mövsümün son turundan əvvəl artıq ikinci yerdən aşağı düşməyəcəyi dəqiqləşib. Beləliklə, Valensiya klubu La Liqaya vəsiqə qazanıb.
Klub üç illik fasilədən sonra yenidən elitaya qayıdır.