featured-image-16125

Türkiyə futbolunun əfsanələrindən olan Sergen Yalçın “Beşiktaş”ın baş məşqçisi olarkən bəzi qadağaları aradan qaldırdığını deyib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis futbolçuların bazada qalmasının əleyhinə olduğunu bildirib:

“Mən futbolçuların bazada qalmasına qarşıyam. Baza bir iş yeridir. Şəxsi həyatları ilə işləri ayrı olmalıdır. “Beşiktaş”a gəldikdən sonra nə qədər qadağa var idisə, hamısını aradan qaldırdım.  Kola içmək qadağan idi, ləğv elədim. Yeməyə idman formasında gəlmək məcburi idi, dedim hər kəs sərbəst geymdə ola bilər. 3 milyon avro alan adama kola içmə, deyəcəksən?”.

Xatırladaq ki, Sərgən Yalçın 2020-2021-ci illərdə “Beşiktaş”ın baş məşqçisi olub.

Bənzər xəbərlər