featured-image-20751

Dünən həbs olunan İtaliya mafiyasının bosslarından sayılan Matteo Messina Denaronun 2010-cu ildə A seriyası oyununu izlədiyi məlum olub. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, o, “Palermo” – “Sampdoriya” görüşünə stadiondan baxıb. Maraqlısı isə odur ki, Denaro 1993-cü ildən axtarışda idi.

Güman olunur ki, o, “Palermo”nun matçına kriminal dünyanın digər nümayəndələri ilə görüşmək üçün gəlibmiş.

Qeyd edək ki, 2010-cu il mayın 9-da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sampdoriya”dan Campaolo Pattsini, meydan sahoblərində isə Fabritsio Mikkoli fərqlənib. Mövsümün sonunda “Sampdoriya” Çempionlar Liqasına vəsiqə qazanmışdı.

Denaro dünən Palermoda şəxsi klinikaların birində həbs edilib. İtaliya millisinin və “Yuventus”un sabiq hücumçusu Salvatore Skillaçi mafiya rəhbərinin saxlanlmasının şahidlərindən biri olub.

ANAR ABDULLAYEV 

 

Bənzər xəbərlər