featured-image-30555

“Arsenal” yeni mövsüm üçün ev formasını təqdim edib. Msport.az xəbər verir ki, forma London klubunun 20 il öncə Premyer Liqada məğlubiyyətsiz mövsüm keçirdiyi dönəmə həsr olunub.

Klubun loqosu, eləcə də qoldakı xəttlər qızılı rənglə əks olunub.

Xatırladaq ki, “topçular” 2003-2004-cü illər mövsümündə 26 qələbə qazanmışdılar və 12 oyunda heç-heçə etmişdilər. Komanda çempionatı məğlubiyyətsiz başa vurmuşdu.

Həmin komandanı “məğlubedilməzlər” adlandırırlar.

media-ruee92b5ede9f

Bənzər xəbərlər