featured-image-31256

Azərbaycan millisinin sabiq futbolçusu Şamil Lahiyalov Lionel Messinin PSJ-ni “İnter Mayami” klubuna dəyişməsindən danışıb.

Msport.az saytının məlumatına görə, hazırda Mahaçqalanın “Legion Dinamo” klubunun prezidenti olan veteran hücumçu argentinalı oyunçunun Paris təmsilçisinə kifayət qədər fayda vermədiyini bildirib:

“Messi ilə PSJ, belə demək mümkünsə, bədbəxt evlilik yaşadılar. O, Paris klubuna imic komponenti baxımından dividendlər gətirdi. Çünki PSJ tarixin ən yaxşı oyunçularından biri ilə müqavilə imzalamışdı. Messi isə orada yaxşı maliyyə qazandı. Çox güman ki, bu, müvəqqəti nigah olub. Düşünmürəm ki, Messi PSJ azarkeşlərinin ona verdiyi vidaya layiq deyildi. Fanatları aldada bilməzsiniz. Onlar Leodan daha çox şey gözləyirdilər. Belə bir vida Messinin ruhunda mənfi iz buraxdı”.

Qeyd edək ki, Şamil Lahiyalov 1998-1999-cu illərdə Azərbaycanın gənclər yığmasında və “Şəfa” klubunda Rəşid adı ilə çıxış edib.

CAHİD

Bənzər xəbərlər